Fernando Muslera oyunu davam etdirə bilməyib

Bakı, 22 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın “Young Boys“(Yanq Boyz)-la matçının ilk yarısının son saniyəsində zədələnən Fernando Muslera oyunu davam etdirə bilməyib.

Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Galatasaray”, İsveçrənin “Young Boys” komandasının qonağı olub.

Döyüşdə Fernando Muslera ilk hissənin son anında rəqibi ilə toqquşub. Zədəli olan təcrübəli qolkiper ikinci hissənin əvvəlində Günay Güvençlə əvəzlənib.

Bundan əlavə, Hakim Ziyech ikinci hissənin əvvəlində Dris Mertensi əvəzləyib.