Bakı, 10 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın uruqvaylı qapıçısı Fernando Muslera ölkəsində komanda alıb. Təcrübəli qapıçının müqaviləsi bitdikdən sonra sarı-qırmızılı komandanın başında olacağı gözlənilir.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın uruqvaylı əfsanəvi futbolçusu Fernando Muslera, ölkəsinin 3-cü liqa komandası olan “Sportivo Bella ltalia”-nı satın alıb. Təcrübəli qolkiperin, “sarı-qırmızılar”-la müqaviləsi başa çatdıqdan sonra yeni komandasına rəhbərlik edəcəyi gözlənilir.
Uruqvay 3-cü Liqasının B qrupunda yer alan “Sportivo Bella ltalia”, 10 matçda 4 qələbə, 3 heç-heçə və məğlubiyyətdən sonra 15 xalla 3-cü pillədə qərarlaşıb.
Türkiyə qəzetinin məlumatına görə, Fernando Muslera, 3-3 hesabı ilə bitən Kasımpaşa matçından sonra İnstaqram hesabında “Az qaldı” mesajını paylaşıb. Milli komandanın fasiləsində ölkəsinə qayıdan 38 yaşlı qolkiper, ailəsini görüb və alış biznesini tamamlayıb.