Bakı, 31 oktyabr, Sporaz.tv
“Barcelona“, gənc yarımmüdafiəçi Fermin Lopezin müqaviləsinin 2029-cu ilə qədər uzadıldığını açıqlayıb. Bildirilib ki, Fermin Lopezin sərbəst qalma məbləği 500 milyon avrodur.
Sporaz.tv məlumat verir ki, “Barcelona”-nın infrastrukturunda böyüyən Fermin Lopez, komandası ilə yeni müqavilə imzalayıb. Kataloniya nəhəngi, 21 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər qüvvədə olan yeni müqavilə imzalandığını açıqlayıb.
Açıqlamada Fermin Lopezin sərbəst qalma məbləğinin 500 milyon avro olduğu bildirilib.
Bu mövsüm zədə səbəbindən 7 matçı buraxan Fermin Lopez, LaLiga və Çempionlar Liqasında ümumilikdə 6 matça çıxıb, 187 dəqiqə meydanda qalıb və 2 məhsuldar ötürmə edib.