Bakı, 14 oktyabr, Sporaz.tv
Ferdi Kadıoğlunu “Brighton”a göndərən “Fenerbahçe“nin ara transfer dönəmində sol cinah müdafiəsinə möhkəmlətmə edəcəyi iddia edilirdi. Jose Mourinho sözügedən mövqe üçün keçmiş tələbəsini istəyir.
Sporaz.tv xəbər verir ki, yeni mövsümə çempionluq devizi ilə başlayan “Fenerbahçe” komandasının ən önəmli hissələrindən olan Ferdi Kadıoğlunu 30+5 milyon avroya “Brighton”a göndərib.
Ferdi Kadıoğlunun gedişindən sonra sol cinah müdafiəçisi Jayden Oosterwoldedən əl çəkməyən Mourinhonun ara transfer dövründə sözügedən bölgədə gücləndiricilər istədiyi iddia edildi.
Jose Mourinho keçmiş tələbəsi Sergio Reguilonun komandaya qoşulmasını istəyir.
İspan sol cinah müdafiəçisinin transferindən sonra Mourinhonun Oosterwoldedən mərkəz müdafiəçisi kimi istifadə etməyi düşündüyü bildirilirdi.
Sergio Reguilonun adı yay transfer dönəmində “Fenerbahçe”də hallanırdı.
“Tottenham”lə müqaviləsinin son ilinə qədəm qoyan təcrübəli sol cinah müdafiəçisi İngiltərə komandasında oynamaq şansı tapa bilmir.
Sergio Reguilonun “Tottenham”la yeni müqavilə imzalamayacağı və komandadan ayrılmayacağı dəqiq hesab edilir.
Bahar Rüstəm