Ferdi Kadıoğlunun daha bir talib

Bakı,24 may,Sporaz.tv

Fenerbahçe“dakı çıxışı ilə Avropa nəhənglərini özünə cəlb edən Ferdi Kadıoğluna daha bir talib çıxıb. “Arsenal”dan sonra Ferdi Kadıoğlunun ardından bir Premyer Liqa komandası da var.

Sporaz.tv xəbər verir ki, Superliqanın 37-ci həftəsində “Galatasaray”ı məğlub edərək çempionluq şansını son həftəyə daşıyan “Fenerbahçe” Ferdi Kadıoğlu ilə maraqlanan klublara yeni klub qatıb. Bu mövsüm göstərdiyi performansla Avropa komandalarının transfer siyahılarını bəzəyən Ferdi Kadıoğlu ilə “Arsenal”dan sonra daha bir İngiltərə komandası maraqlanıb.İngiltərə mətbuatında çıxan xəbərə görə, Ferdi Kadıoğlunun arxasınca “West Ham United” gəlir. Premyer Liqa təmsilçisinin Ferdi Kadıoğlu üçün 22 milyon avroluq təklif etməyə hazırlaşdığı iddia edilirdi.Ferdi Kadıoğlu bu mövsüm “Fenerbahçe”nin heyətində 50 oyun keçirib. 24 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bahar Rüstəm