Ferdi Kadıoğlunun ardından “Brighton”da 150 milyon avroluq detal

Bakı, 16 avqust, Sporaz.tv

Ferdi Kadıoğlunu heyətinə qatmağa hazırlaşan Brighton, türkiyəli futbolçunun transferi ilə bu mövsüm transfer xərci 150 milyon avronu keçəcək. Ferdi Kadıoğlu bu imza ilə Türkiyə futbol tarixinə düşəcək.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe “(Fənərbağça)-nin və Türkiyəli millisinin uğurlu futbolçusu Ferdi Kadıoğlu, karyerasında yeni səhifə açmağa hazırlaşır.

24 yaşlı futbolçunun “Brighton”a transfer olunacağı gözlənilir.

“Brighton”un Ferdi Kadıoğlu üçün “Fenerbahçe”yə bonuslar daxil olmaqla 35 milyon avro təklif etdiyi bildirilir.

Ferdi Kadıoğlu, İngiltərə Premyer Liqa komandası ilə hər məsələdə əl sıxışarkən, Fenerbahçe ilə son detallar müzakirə olunur.

Digər tərəfdən, Brighton Ferdi Kadıoğlunun transferini rəsmiləşdirsə, klubun bu mövsüm transferlərə xərclədiyi pul 150 milyon avronu keçəcək.

“Newcastle”dan Yankuba Mintehi 35 milyon avroya heyətinə qataraq bu mövsüm ən yüksək qiymətli transferini edən Brighton-un digər gücləndiriciləri bunlardır:

Mats Wieffer (30 milyon avro), Brajan Gruda (30 milyon avro), Ibrahim Osman (19,5 milyon avro), Malick Junior Yalcouye (7 milyon avro).

Brighton indiyədək transferlərə 121,5 milyon avro xərcləyib.

Bu arada Ferdi Kadıoğlu, “Brighton”a keçidi ilə Türkiyə futbol tarixinə düşəcək.

Türkiyəli futbolçu 35 milyon avroya İngiltərə Premyer Liqasına keçsə, ən yüksək qiymət transferi olan türk futbolçular arasında birinci yerdə olacaq.

Bu sahədə rekord 22,5 milyon avro ilə Cenk Tosuna məxsusdur.