Ferdi Kadıoğlu üçün yorum:”Dünyanın ən bahalı oyunçusu”

Bakı, 7 iyul, Sporaz.tv

Ferdi Kadıoğlunun AVRO-2024-ün 1/4 finalında Hollandiya Türkiyə matçındakı çıxışı Avropada böyük rəğbətlə qarşılanıb. RTL-nin şərhçisi Wolff Fuss Ferdi Kadıoğlunu “Dünyanın final fitində ən bahalı futbolçusu” şərhini verib.

Sporaz.tv məlumat verir ki, Fenerbahçenin və millinin uğurlu adı olan Ferdi Kadıoğlu Hollandiya-Türkiyə matçında göstərdiyi performansla iz buraxıb.

Adı transfer söz-söhbətlərində hallanan və “Fenerbahçe”nin astronomik təklif gəlmədiyi halda ayrılmaq istəmədiyi Ferdi Kadıoğlu da Hollandiya – Türkiyə matçının ulduzlarından birinə çevrilib.

Performansı yüksək qiymətləndirilən Ferdi Kadıoğlu haqqında ən diqqətçəkən sözləri RTL şərhçisi Wollf Fuss deyib.

Wollf Fuss Ferdi Kadıoğlu haqqında “O, final fitində dünyanın ən bahalı futbolçusudur” dedi.

Digər tərəfdən Bilddə çıxan xəbərə görə türkitəli futbolçu ilə Arsenal, Dortmund Borussia və Bayer Leverkuzen klubları maraqlanır.

Digər tərəfdən, “Fenerbahçe”nin Ferdi Kadıoğlu üçün 35-40 milyon avro tələb etdiyi və bu rəqəmin “Borussiya Dortmund“a uyğun olmadığı bildirilirdi.

AVRO-2024-də möhtəşəm çıxış edən Ferdi Kadıoğlunun qeyd olunan rəqəmlərdən ucuz olmayacağı vurğulanıb.

Ferdi Kadıoğlu AVRO-2024-ün 5 matçının hamısında ilk 11-də başlayıb və 90 dəqiqə meydanda qalıb.