Ferdi Kadıoğlu üçün rekord təklif

Bakı, 8 avqust, Sporaz.tv

Fenerbahçe“nin ulduzu Ferdi Kadıoğlu üçün “sarı-göylü” kluba cazibədar təkliflər gəlməkdə davam edir. Futbolçunun uzun müddətdir arxasınca gedən Premyer Liqa komandası “Brighton” Ferdi Kadıoğlu üçün təklifini yeniləyib.

Sporaz.tv xəbər verir ki,”Fenerbahçe”dəki taleyi maraq doğuran Ferdi Kadıoğlu üçün yeni iddia ortaya atılıb.

Premyer Liqa təmsilçisi “Brighton”un uzun müddətdir arxasınca getdikləri Ferdi Kadıoğlu üçün yeni təklif verib.

“Brighton”un Ferdi Kadıoğlu üçün təklifini 35 milyon avroya yüksəldib.

İngiltərə komandasının bir müddət əvvəl Ferdi Kadıoğlu üçün 33 milyon avro təklif edib.

“Brighton”un israrlı münasibətindən sonra “Fenerbahçe” rəhbərliyinin Ferdi Kadıoğlu ilə bağlı nə qərar verəcəyi maraq doğurur.

Ferdi Kadıoğlu ötən mövsüm “Fenerbahçe”nın heyətində 51 oyun keçirib. Türkiyəli futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bahar Rüstəm