Ferdi Kadıoğlu üçün çılğın yarış

Bakı, 15 avqust, Sporaz.tv

Ferdi Kadıoğlunun transferi üçün iki ingilis klubunun rəqabət apardığı iddia edilirdi. Brightonun təklifi daha yüksək olsa da, “Manchester United“(Mançester Yunayted)in yüksək nağd pul ödəməsi sarı-göylü komandanı çaşdırıb.

Sporaz.tv məlumat verir ki, Avropanın bir çox klubundan təklif alan “Fenerbahçe“(Fənərbaxça)nin ulduzu Ferdi Kadıoğlunun sarı-göylülər heyətində gələcəyi qeyri-müəyyən olaraq qalır.

Brighton” və “Manchester United” Ferdi üçün rəsmi təkliflərini sarı-göylülər rəhbərliyinə təqdim edib.

Bu təkliflər arasında Manchesterin təklif etdiyi nağd pul daha yüksəkdir. Bonuslar əlavə edildikdə, Brighton-un təklifi Manchester Unitedin təklifini üstələyir.

Zəmanətli transfer haqqı sarı-göylər klubu üçün prioritetdir. Lakin Manchesterin təqdim etdiyi rəqəm hazırda rəhbərliyin müəyyən etdiyi rəqəmdən aşağıdır. Bu səbəbdən hər iki klubun təkliflərini bir az da artırması gözlənilir.

Ferdi Kadıoğlu isə İngiltərədə oynamaqla çox maraqlanır. Onun ilk seçimi təbii ki, Manchester Uniteddir. Lakin o, transferi ilə bağlı qərarı prezident Ali Koça buraxıb. Klublar anlaşdıqdan sonra Ferdi üçün böyük problem qalmayıb.