Ferdi Kadıoğlu transferində yeni inkişaf

Bakı, 19 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin uğurlu sol cinah müdafiəçisi Ferdi Kadıoğlu, “Brighton“la hər məsələdə anlaşıb. Fenerbahçe ilə Brighton arasında transfer danışıqları davam edir.

 Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”nin uğurlu adlarından olan Ferdi Kadıoğlunun “Brighton”a transfer olunacağı gözlənilir. Türkiyəli futbolçu, istənilən şəraitdə Brightonla əl sıxıb.

Ferdi Kadıoğlu, Brightonun müqavilə şərtlərini yüzdə 100 qəbul edib.

Xəbərdə 24 yaşlı futbolçunun fürsətdən istifadə edərək “Brighton”a keçmək istədiyi vurğulanıb.

“Fenerbahçe” ilə “Brighton” arasında transfer danışıqlarının davam etdiyi və hələlik razılığın əldə olunmadığı bildirilib.

Braytonun Ferdi Kadıoğlu üçün “Fenerbahçe”yə bonuslar daxil təxminən 35 milyon avro təklif etdiyi iddia edilib.

Fenerbahçe ilə daha 2 il müqaviləsi olan Ferdi Kadıoğlu bu mövsüm 5 matçda meydana çıxıb, 298 dəqiqə meydanda olub və 1 qola imza atıb.