Ferdi Kadıoğlu transfer təklifi açıqlandı

Bakı, 27 iyun, Sporaz.tv

Borussia Dortmund” diqqətində olan “Fenerbahçe“nın ulduzu Ferdi Kadıoğlu üçün transfer şərtləri gündəmə gəlib. Alman nəhənginin Ferdi Kadıoğlu üçün etdiyi transfer təklifi də açıqlanıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin uğurlu futbolçusu Ferdi Kadıoğlunun transferi yeni mövsüm öncəsi gündəmdədir. Nuri Şahinin çalışdırdığı “Borussia Dortmund” milli futbolçu üçün cəhdlərini artırıb.

“Fenerbahçe” Ferdi Kadıoğlunun transfer qiymətini 30 milyon avro olaraq təyin edib.

Rəqəmi çox yüksək görən “Borussia Dortmund” 20-25 milyon avro arasında bir rəqəm üçün transferi tamamlamaq istəsə də, “Fenerbahçe” endirimlə razılaşmadı.


Təklif rədd edildikdən sonra alman komandası transfer şərtlərini gündəmə gətirib.


“Borussia Dortmund”un hücumçunu transfer etməyi planlaşdıran “Fenerbahçe”ya Niklas Füllkruga + 15 milyon avro təklif edib.

“Fenerbahçe”nin söz mövzusu şərtlərə müsbət yanaşdığı və Niclas Füllkrug + 15 milyon avro qarşılığında Ferdi Kadıoğlunun transferinin reallaşma ehtimalının yüksək olduğu vurğulanıb.

“Borussia Dortmund” ilə daha 2 illik müqaviləsi olan 31 yaşlı Niklas Füllkrug son mövsümdə 46 matçda meydana çıxıb və 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Ferdi Kadıoğlu isə 2023-24 mövsümündə 51 matçda meydana çıxıb və 3 qol və 5 məhsuldar ötürmə edib.

Bahar Rüstəm