Ferdi Kadıoğlu transfer rekordunu qıra bilər

Bakı, 5 iyul, Sporaz.tv

AVRO-2024“dəki çıxışı ilə ondan sonra gələn klubları valeh edən Ferdi Kadıoğlunun ən ciddi talibi Dortmund Borussiyasıdır. Almaniya komandasının türkiyəli futbolçu üçün 20 milyon avroluq təklifini yeniləməyə qərar verdiyi və bunun bu rəqəmi keçəcəyi iddia edilib. “Borussiya Dortmund”un transfer təklifi 22,5 milyon avronu keçərsə, Ferdi Kadıoğlu Superliqadan transfer edilən ən bahalı yerli futbolçu olacaq.

Fenerbahçedə keçirdiyi mövsümlə Avropa nəhənglərini arxasınca salan Ferdi Kadıoğlu üçün Dortmund Borussiasının inadkarlığı davam edir.

Almaniya yığması milli futbolçunun AVRO 2024-dəki çıxışını görəndən sonra sarı-göylülərə ilk təklifini yeniləmək qərarına gəlib.

Sporaz.tv xəbər verir ki, Borussia Dortmund Ferdi Kadıoğlu üçün etdiyi 20 milyon avroluq təklifi keçməyi planlaşdırır.

Alman komandası yeni təklifi “Fenerbahçe”nin qəbul edəcəyi təqdirdə Ferdi Kadıoğlunu razı salmağa çalışacaq. Əgər transfer 22,5 milyon avronun üzərindən keçərsə, Ferdi Kadıoğlu Superliqadan transfer edilən ən bahalı yerli futbolçu olacaq.

24 yaşlı futbolçu ilə “Arsenal” və “Napoli” də maraqlanır.

Ferdi Kadıoğlu ötən mövsüm “Fenerbahçe”nin heyətində 51 oyun keçirib.

Türkiyəli futbolçu bu matçlarda 4324 dəqiqə meydanda olub və 3 qol vurub, 5 məhsuldar ötürmə edib.