Ferdi Kadıoğlu, Premyer Liqada ilk matçına çıxır

Bakı, 29 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-dən “Brighton“(Brayton)-a transfer olunan Ferdi Kadıoğlu, meydana çıxmağa hazırlaşır. Premyer Liqanın rəsmi saytında Ferdi Kadıoğlunun “Brighton”-da ilk matçına çıxacağı qeyd olunub.

Sporaz.tv məlumat verir ki, Premyer Liqa təmsilçisi “Brighton”, “Fenerbahçe”-dən Ferdi Kadıoğlunu bonuslar xaric 30 milyon avroya transfer edib.

24 yaşlı futbolçunun transferi İngiltərə komandasının azarkeşlərini böyük həyəcanlandırsa da, meydandakı ilk oyununda bu, maraq mövzusuna çevrilib.

Liqaya gözəl start verən “Brighton”, ilk 2 matçında qalib gəlib və 6 xal toplayaraq 2-ci pillədə qərarlaşıb.

Premyer Liqanın rəsmi saytında yer alan xəbərə görə, Ferdi Kadıoğlu qısa müddətdə yeni komandası ilə ilk rəsmi matçına çıxa bilər.

Xəbərdə, Ferdi Kadıoğlunun “Brighton”-un 31 avqust şənbə günü oynayacağı “Arsenal” matçında iştirak edə biləcəyi bildirilib.