Ferdi Kadıoğlu Premyer Liqada ilk matçına çıxıb

Bakı, 14 sentyabr, Sporaz.tv

Brighton“un “Ipswich Town“la 0:0 hesablı heç-heçə etdiyi matçda əvəzedici heyətlə meydana çıxan Ferdi Kadıoğlu Premyer Liqada ilk matçını keçirib.

Sporaz.tv xəbər verir ki, Premyer Liqanın 4-cü həftəsində “Amex” stadionunda “Brighton” və “Ipswich Town” komandaları qarşılaşıb. Matç başladığı kimi başa çatıb, 0:0. “Brighton” 8 xalı, “Ipswich Town” isə 2 xal qazandı.

Zədəsini sağaldan Ferdi Kadıoğlu ilk matçın heyətində yer alıb. Türk futbolçu 68-ci dəqiqədə Hinshelwoodun əvəzinə oyuna daxil olub. Ferdi Kadıoğlu Premyer Liqada ilk matçını “Ipswich Town”la keçirdi. Qarşılaşmada 22 dəqiqə meydanda olan Ferdi Kadıoğlu 26 dəfə topu tutdu. Kadıoğlu topu 83% dəqiqliklə ötürdü.

Bahar Rüstəm

Leave a Reply