Ferdi Kadıoğlu ilə razılaşma əldə edildi

Bakı, 16 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin sol cinah müdafiəçisi Ferdi Kadıoğlunun, İngiltərə Premyer Liqa təmsilçisi “Brighton”la minimum 5 illik müqavilə imzaladığı öyrənilib. Ferdi Kadıoğlu, “Fenerbahçe” rəhbərliyi ilə görüşərək, transfer haqqı ilə bağlı razılıq əldə olunarsa, “Brighton“a getmək istədiyini bildirib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”də Ferdi Kadıoğlunun vida vaxtı yaxınlaşır. Premyer Liqa komandası “Brighton”, türkiyəli futbolçunu razı salıb. Sarı-göylülər komandasına bonuslarla birlikdə 30 milyon avrodan çox təklif edən ingilislər, Ferdi ilə şəxsi şərtlərdə böyük ölçüdə anlaşıb.

“Brighton” 24 yaşlı futbolçu ilə ən azı 5 illik müqavilə imzalayacaq. Ferdi Kadıoğlu, “Fenerbahçe” rəhbərliyi ilə görüşərək, transfer haqqı ilə bağlı razılıq əldə olunarsa, “Brighton”a getmək istədiyini bildirib.

Transfer rəsmiləşərsə, Ferdi Kadıoğlu, Avropaya ən yüksək transfer haqqı ilə transfer edilən türk futbolçu olacaq.