Ferdi Kadıoğlu AVRO-2024-ə damğasını vurdu

Bakı, 28 iyun, Sporaz.tv

Fenerbahçe” forması ilə uğurlu mövsümü geridə qoyan Ferdi Kadıoğlu AVRO 2024-dəki performansı ilə insanları heyran etməyə davam edir. Türkiyə milli futbolçusu turnirdə ən çox qol şansı yaradan futbolçular sırasında yer alaraq böyük uğura imza atıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”də oynadığı oyunu ilə Avropa komandalarını özünə cəlb edən Ferdi Kadıoğlu AVRO-2024-də də iz buraxıb.

Qrup mərhələsində keçirdiyi bütün matçların ilk 11-də start götürən gənc ulduz statistik göstəriciləri ilə fərqlənir.

Ferdi Kadıoğlu son zamanlar ən çox qol şansı yaradan futbolçular arasında ilk 3-ə daxil olub.

Milli futbolçu sol cinah müdafiəçisi olsa da, 10 qol şansı yaradıb və Christian EriksenKevin de Bruynedən sonra 3-cü yerdə qərarlaşıb.

Siyahıda növbəti pillədə 13 qol şansı yaradan Christian Eriksen qərarlaşıb. Kevin de Bruyne 11 dəfə ilə ikinci yerdədir.

Adı “Borussia Dortmund“da hallanan Ferdi Kadıoğlu ötən mövsüm “Fenerbahçe”nin heyətində 54 oyun keçirib.

24 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bahar Rüstəm