“Fenerbahçe”yə “Juventus”dan daha bir ulduz

Bakı, 13 sentyabr, Sporaz.tv

Filip Kosticdən sonra “Fenerbahçe”, “Juventus”dan daha bir ulduzu heyətinə qatmaq üçün qollarını çırmalayıb.

Sporaz.tv xəbər verir ki, İtaliya mətbuatı “Fenerbahçe”nin “Juventus”un braziliyalı forvardı Arthur Melo ilə maraqlandığını iddia edib.

Kanaryanin Melo üçün “Juventus”la danışıqlara başladığı bildirilərkən, bəzi italyan mənbələri “Galatasaray”ın da 28 yaşlı futbolçu ilə maraqlandığını iddia edib.

15 milyon avro dəyərində olan ulduz futbolçu ötən mövsüm meydana çıxdığı 48 matçda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Juventus”la futbolçu arasında müqavilə 2026-cı ildə başa çatacaq.

Bahar Rüstəm

Leave a Reply