“Fenerbahçe”yə böyük rəqib

Bakı, 8 avqust, Sporaz.tv

Manchester United” yarımmüdafiəçi transferinə diqqət yetirən “Fenerbahçe“nin gündəmində olduğu iddia edilən Sander Berge üçün addım atıb. Çoxlu talibləri olan Bergenin transfer qiymətini “Burnley“nin müəyyənləşdirdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, yarımmüdafiə xəttini gücləndirməyi hədəfləyən “Fenerbahçe”nın gündəmində “Burnley”də çıxış edən Sander Bergenin olduğu iddia edilirdi. Norveçli yarımmüdafiəçiyə daha bir güclü talib çıxıb.

İngiltərə mətbuatında yer alan xəbərə görə, “Manchester United” adı “Fenerbahçe” ilə hallanan Sander Berge ilə maraqlanıb. İngiltərə komandasının yarımmüdafiəçi transferi üçün 23 milyon avro büdcə ayırdığı, lakin “Burnley”nin Berge üçün 30 milyon avro istədiyi bildirilib.

26 yaşlı futbolçu ötən mövsüm “Burnley”nin heyətində 40 oyun keçirib. Berge bu matçlarda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm