“Fenerbahçe”yə 50 milyon avroluq müdafiəçi transferi

Bakı, 2 sentyabr, Sporaz.tv

Ferdi Kadıoğlunun gedişindən sonra sol cinah müdafiəçisi transferi edib-etməyəcəyi maraq doğuran “Fenerbahçe“(Fənərbaxça) üçün təəccüblü iddia ortaya atılıb. “Chelsea“-nin gözdən qaçırdığı Ben Chilwellin yeni ünvanının “Fenerbahçe” ola biləcəyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, Avropada transfer pəncərəsi bağlandığından klub tapa bilməyən bir çox futbolçu üçün Türkiyə iddiası irəli sürülür. Nəhayət, “Chelsea”-nin heyətində nəzərə alınmayan Ben Chilwellin adı “Fenerbahçe” ilə gündəmə gəlib.

Xəbərdə Ferdi Kadıoğlunun gedişindən sonra “Fenerbahçe”-nin sol cinah müdafiəçisi axtarışında olduğu və bu boşluğu Ben Chilwelllə doldura biləcəkləri bildirilib.

2020-ci ildə “Leicester City“(Lester Siti)-dən “Chelsea”(Çelsi)-yə transfer olunan Ben Chilwellin transfer xidməti üçün 50 milyon avro ödənilib.

27 yaşlı ingilis sol cinah müdafiəçisi əvvəlki açıqlamasında, “Manchester City“(Mançester Siti)-nin baş məşqçisi Pep Guardiolanın onun haqqında yüksək fikirlər söylədiyini bildirmişdi.

Chilwell qeyd etdi ki, 2018/19 mövsümündə “Leicester City”nin “Manchester City”-yə 1-0 uduzduğu matçdan sonra Guardiola özəl olaraq, ona istedadlı və keyfiyyətli oyunçu olduğunu və bu yolu davam etdirməli olduğunu söyləyib.

Qeyd edib ki,Chilwell ötən mövsüm “Chelsea”-nin heyətində 21 matçda 1172 dəqiqə meydanda olub. Təcrübəli sol cinah müdafiəçisi bu matçlarda 1 məhsuldar ötürmə edib.