“Fenerbahçe”nin zədəli oyunçuları ilə bağlı son xəbər

Bakı, 17 oktyabr, Sporaz.tv

Fenerbahçe” (Fənərbaxça) Super Liqanın 9-cu turuna hazırlaşır. Belə ki, komandanın üç zədəli oyunçusundan şad xəbər gəlib.

Sporaz.tv xəbər verir ki, müalicəsi başa çatan Çağlar Söyüncü, Mert Hakan Yandaş və İrfan Can Eğribayat komanda ilə məşqlərə başlayıb.

Hər üç futbolçu həftənin sonuna kimi hazır olsa, bazar günü “Samsunspor“la baş tutan oyuna qatılacaqlar.

“Fenerbahçe” (Fənərbaxça)-da qripə yoluxan Allan Saint-Maximin (Sen-Maksimin) və çiynindən zədə alan İsmail Yüksək məşqlərini fərdi qaydada davam etdirir.

Sarı-tünd-göylülərin milli komandalarına yollanan 13 futbolçusundan 9-u artıq komandaya qoşulub.

Sofyan Amrabat, En-Nesyri, Livakovic və Szymanski bu gün Samandıraya qayıdacaq.

Qeyd edək ki, “Fenerbahçe” (Fənərbaxça) 9-cu həftəyə qədər 1 matç az olmaqla 16 xalla 4-cü yerdədir.