“Fenerbahçe”nin yeni transferi Kostic ilk məşqinə çıxıb

Bakı, 10 sentyabr, Sporaz.tv

Superliqanın 5-ci həftəsində səfərdə “Kasımpaşa” ilə qarşılaşacaq “Fenerbahçe” matçın hazırlıqlarını davam etdirib. “Sarı-göylü” komandanın yeni transferi komandası ilə ilk məşqinə çıxıb.

Sporaz.tv xəbər verir ki, Super Liqasının 5-ci həftəsində 15 sentyabr bazar günü “Kasımpaşa”nın qonağı olacaq “Fenerbahçe” hazırlıqlarını davam etdirib.

“Sarı-göylər” klubundan verilən açıqlamada “Fenerbahçe” Can Bartu Təsislərində baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında keçirilən məşqə milli komandalardakı futbolçuların daxil edilmədiyi bildirilib. Bildirilib ki, zalda əsas və dözümlülük hərəkətləri ilə başlayan məşq isinmə, koordinasiya və ötürmə ilə davam edib və dar sahədə qoşa qol matçları ilə yekunlaşıb. “Fenerbahçe” sabah edəcəyi məşqlə hazırlıqlarına davam edəcək.

“Fenerbahçe”nın yeni transferi Filip Kostiç komandası ilə ilk məşqinə çıxıb. “Sarı-göylü” futbolçu fərdi məşq edib.

Bahar Rüstəm

Leave a Reply