“Fenerbahçe”nin yeni transferi İstanbulda

Bakı, 9 sentyabr, Sporaz.tv

Fenerbahçe“nin icarə əsasında heyətinə qatmağa hazırlaşdığı Filip Kostici daşıyan təyyarə İstanbula çatıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” Filip Kostic və “Juventus“la prinsipial razılığın əldə edildiyini və serb futbolçunun İstanbula gələcəyini açıqlayıb. Kostic açıqlamadan bir müddət sonra İstanbula gəlib.

Kostiç onu gözləyən klub rəsmiləri ilə birlikdə maşına minərək qalacağı otelə yollanıb.

31 yaşlı futbolçunu hava limanı çıxışında “Fenerbahçe” azarkeşləri qarşılayıb.

Bahar Rüstəm

Leave a Reply