“Fenerbahçe”nin transfer planı bəlli olub

Bakı, 20 iyun, Sporaz.tv

Mourinho, Fenerbahçe (Fənərbaxça)-ya keçdikdən sonra bütün gözlər transfer məsələlərinə çevrildi. Sarı-göylər üçün transferlərin bir hissəsinin Çempionlar Liqası başlamazdan əvvəl tamamlanması planlaşdırılır. Bəs, futbolçular hansı mövqelərə cəlb olunacaqlar?

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça)-da yeni mövsüm öncəsi transfer işləri davam edir. Mərkəzi yarımmüdafiə, irəli və sol cinahın gücləndirilməsi üçün danışıqlar davam edərkən, digər tərəfdən də komandadan ayrılacaq adlara görə transferlərin sayı arta bilər.

Ferdi Kadıoğlu, Jayden Oosterwolde, Sebastian Szymanski kimi futbolçuların Avropadan rəsmi təklif alacağı gözlənilir. Müqavilələrinin bitməsinə 1 il qalan İrfan Can Kahveci və Osayi Samuel ilə müqavilənin yenilənməsi danışıqları davam edir.

Sol cinahını Levent Mercan ilə gücləndirməyi düşünən sarı-göylü komandanın qısa müddətdə bu transferi açıqlaması gözlənilir.

Mərkəz hücumçusu, sol cinah və mərkəzi yarımmüdafiəyə seçilən namizədlərlə bağlı təşəbbüslər davam edir.

Jose Mourinhonun hesabatına uyğun olaraq, Ali Koç və heyəti Çempionlar Liqasının 2-ci ilkin turunda oynanılacaq Luqano matçlarından əvvəl transferləri tamamlamaq üçün sıx səy göstərir.

Qeyd edək ki, Mourinho, İstanbula gələrək rəsmən işinə başlayıb. Mövsümə sağlamlıq yoxlamaları ilə başlayacaq Fenerbahçe (Fənərbaxça), Portuqaliyalı məşqçinin rəhbərliyi altında iyunun 24-də Topuk Yaylasına yollanacaq.