Fenerbahçenin təklifini açıqladılar

Bakı, 8 iyul, Sporaz.tv

Fenerbahçenin Macarıstanın Ferencvaros komandasında çıxış edən “Malouda” ləqəbli hücumçu “Adama Traore”ni transfer gündəminə daxil etdiyi və 3 milyon avroluq təklif etməyə hazırlaşdığı iddia edilib.

Qanad hücumçunu transfer etmək üçün işlərini davam etdirən Fenerbahçenin gündəmə sürpriz bir adın gəldiyi iddia edildi.

Sporaz.tv məlumat verir ki, sarı-göylülər Macarıstanın “Ferencvaros” komandasında çıxış edən Adama Traore ilə maraqlanır.

Xəbərdə “Fenerbahçe“nin “Malouda” ləqəbli futbolçu üçün 3 milyon avroluq transfer təklif etməyə hazır olduğu bildirilib.

Macarıstan komandası ilə 2025-ci ilə qədər müqaviləsi olan Traorenin müqaviləsində 5 milyon avroluq sərbəst qalma maddəsi var.

Bu arada 29 yaşlı malili futbolçu ilə “Fenerbahçe”dən başqa Şotlandiyanın “Rangers” komandasının da maraqlandığı iddia edilib.

Əvvəlki mövsümdə 27 matça çıxan Adama Traore 14 dəfə fərqlənib, 5 dəfə məhsuldar ötürmə edib.