Fenerbahçenin sol ayağı klubdan ayrılır?

Bakı,1 may,Sporaz.tv

Fenerbahçenin keçmiş məşqçisi Mustafa Kaplan bir çox Avropa klubunun diqqətini çəkən İrfan Can Kahveci ilə bağlı açıqlamalar verib.

Kaplan, “Genclərbirliyi”ndən olan tələbəsi İrfan Canın mövsümün sonunda klubdan ayrılaraq İspaniyaya getmə ehtimalının olduğunu bildirib.

Türk teleradiolarından birində çıxış edən Mustafa Kaplan, “Türk futboluna çox önəmli oyunçular gətirmişik. Onlardan biri də İrfan Can Kahvecidir. O, bu mövsüm “Fenerbahçe”ye çox dəstək olub. Böyük ehtimalla mövsümün sonunda klublar razılaşsa, gedəcək. Xaricdə onun gedəcəyi yer İspaniya olacaq” sözlərini deyib.

Məşqçi İrfanla olan dialoqundanda söz açıb: “Ona dedim ki, Aleksdən sonra Türkiyənin ən böyük sol ayağısan. Amma mən Fenerbahçenin yerində olsaydım, pulu vecimə almazdım və İrfanı da verməzdim.” İrfan, Mən sənin yerində olsaydım, “Fenerbahçe”də əfsanə olardım, Fenerbahçe de də karyeramı sonlandırardım ” dedim, İrfan Can da “Xeyirlisi olsun,hocam!” dedi mənə”.

Fenerbahçe ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədər davam edən futbolçu bu mövsüm bütün oyunlarda forma geyinib. İrfan Can Kahveci 45 matçda 18 qol və 12 məhsuldar ötürmə ilə əla performans göstərib.

Qeyd edək ki, ulduz oyunçunun hazırda bazar dəyəri 9 milyon avrodur.