Bakı, 12 iyul, Sporaz.tv
Fenerbahçe (Fənərbaxça), Avstriya düşərgəsindəki son yoldaşlıq matçında sabah Fransanın Strasbourg komandası ilə qarşılaşacaq.
Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça), Avstriyada son yoldaşlıq oyununda Strasbourg (Strasburq)-la qarşılaşacaq.
“Merkur Arena”da oynanılacaq qarşılaşma TSİ vaxtı ilə saat 19:30-da başlayacaq.
Baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında 2024-2025 mövsümünə başlayan Fenerbahçe (Fənərbaxça), ilk hazırlıq düşərgəsini Serkan Acar Topuk Yaylası Təsislərində keçirib.
Daha sonra Avstriyanın Qraz şəhərinin Bad Waltersdorf şəhərində düşərgəyə gedən sarı-göylülər, orada ilk yoldaşlıq görüşündə Avstriyanın Admira Wacker (Admira Vakker) komandası ilə 1-1 bərabərə qalıb. Fenerbahçe (Fənərbaxça), ikinci yoldaşlıq görüşündə Xorvatiyanın “Hajduk Split” komandasına 1:0 hesabı ilə uduzub.
Jose Mourinhonun komandası Avstriya düşərgəsini başa vuraraq Strasbourgla oyundan sonra İstanbula qayıdacaq.