“Fenerbahçe”nin rəqibi, Strasbourg

Bakı, 12 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), Avstriya düşərgəsindəki son yoldaşlıq matçında sabah Fransanın Strasbourg komandası ilə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça), Avstriyada son yoldaşlıq oyununda Strasbourg (Strasburq)-la qarşılaşacaq.

“Merkur Arena”da oynanılacaq qarşılaşma TSİ vaxtı ilə saat 19:30-da başlayacaq.

Baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında 2024-2025 mövsümünə başlayan Fenerbahçe (Fənərbaxça), ilk hazırlıq düşərgəsini Serkan Acar Topuk Yaylası Təsislərində keçirib.

Daha sonra Avstriyanın Qraz şəhərinin Bad Waltersdorf şəhərində düşərgəyə gedən sarı-göylülər, orada ilk yoldaşlıq görüşündə Avstriyanın Admira Wacker (Admira Vakker) komandası ilə 1-1 bərabərə qalıb. Fenerbahçe (Fənərbaxça), ikinci yoldaşlıq görüşündə Xorvatiyanın “Hajduk Split” komandasına 1:0 hesabı ilə uduzub.

Jose Mourinhonun komandası Avstriya düşərgəsini başa vuraraq Strasbourgla oyundan sonra İstanbula qayıdacaq.