“Fenerbahçe”nin rəqibi “Lille”

Bakı, 22 iyul, Sporaz.tv

Fenerbahçe“, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsini keçərsə, rəqibi “Lille” olacaq.

Sporaz.tv xəbər verir ki, türk futbolçu Yusuf Yazıcının “Lille” ilə müqaviləsi yeni mövsümdən əvvəl başa çatsa da, onların heyətində diqqət çəkən futbolçular var.

“Transfermarkt”-ın məlumatlarına görə, heyətində dəyəri 240 milyon avro olan Fransa komandasının heyətində qapıda Lucas, Chevalier kimi qapıçılar, müdafiə xəttində isə Alexsandro, Umtiti və Fernandes kimi müdafiəçilər var.

Sol cinah müdafiəçisi kimi heyətində Gabriel Gudmundsson və İsmaily kimi adların yer aldığı “Lille”də sağ cinah müdafiəçisi mövqeyində olan Diakite diqqət çəkir.

Yarımmüdafiədə geniş rotasiyası olan “Lille”də Boudaddi, Angel Gomes, Nabil Bentaleb kimi adlar var.

Komandanın heyətində ən yüksək qiymətə malik oyunçu, 50 milyon avro ilə Jonathan David olub.

Ötən mövsüm Fransa komandası 1/4 finalda Konfrans Liqası ilə vidalaşaraq, liqanı 4-cü pillədə başa vurmuşdu.

Bahar Rüstəm