“Fenerbahçe”nin rəqibi, Admira Wackerk

Bakı, 5 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), Avstriya düşərgəsində yeni mövsüm hazırlıqları çərçivəsində sabah, Admira Wackerklə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, Jose Mourinhonun idarə etdiyi sarı-göylülər, yoldaşlıq görüşündə sabah, TSİ 19.00-da Südştadt qəsəbəsindəki BSFZ Arenada Avstriyanın Admira Wackerk komandası ilə qarşılaşacaq.

Fenerbahçe (Fənərbaxça) yeni mövsüm məşqinin ikinci hissəsini iyulun 13-dək Avstriyanın Graz şəhərində keçirəcək.

Sarı-göylərin Avstriyada keçirəcəyi digər 2 yoldaşlıq oyununun təqvimi belədir:

Çərşənbə, 10 iyul:

19.00 Fenerbahçe-Hajduk Split (Merkur Arena)

Şənbə, 13 iyul:

18.30 Fenerbahçe-Strasbourg (Merkur Arena)