“Fenerbahçe”nin qələbəsi Avropada manşetlərdə

Bakı, 31 iyul, Sporaz.tv

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Fenerbahçe“nin öz meydanında “Lugano“nu 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəldiyi matç Avropa mətbuatında gündəmə gəlib. Qəzetlər “Fenerbahçe”nin çətin günlər keçirdiyini və Edin Dzekonun Mourinhonun köməyinə gəldiyini yazıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin evdə “Lugano”nu 2:1 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəldiyi matç Avropa mətbuatında əks-səda doğurub. Qəzetlərin “Fenerbahçe” və Mourinho haqda dedikləri:

OJogo: Jose Mourinhonun komandası Çempionlar Liqasına gedən yolda davam edir.

Desporto AO Minuto: “Fenerbahçe”nin 1 saata yaxın hesab dezavantajı olduğunu nəzərə alsaq, matç irəlilədikcə daha çox gərginlik və qəzəb yaranmağa başladı. Hər şeyə baxmayaraq, Jose Mourinho geri qayıtdı və komandasının qələbəsini gördü.

Zerozero: “Fenerbahçe” matçı tərsinə çevirdi və Mourinho ilk ev matçını qazandı.

Sapo: Mourinhonun komandası bir daha “Lugano”nu məğlub edərək tura çıxdı.

A Bola: Mourinho “Lugano” matçını çevirdi və Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəldi.

TuttoMercato: Mourinhonun Fənərbaxçası Luqanonun xəyallarını puç etdi.

Corriere dello Sport: Mourinhonun “Fenerbahçe”si “Lugano”nu mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasına vəsiqə qazandı. Növbəti rəqib “Lille”dir.

La Gazzetta dello Sport: Mourinho səhv etmədi. “Lugano”nu 2-1 hesabı ilə məğlub edən “Fenerbahçe” onları mübarizədən kənarlaşdıraraq Çempionlar Liqası arzusunu davam etdirib.

Eurosport İtaliya: “Fenerbahçe” “Lugano” qarşısında risk etdi, lakin matçı 2-1 qazandı və “Lille”lə qarşılaşacaq.

L’Equipe: “Fenerbahçe”” Lugano”nu 2-1 məğlub edərək Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəldi və “Lille”nin rəqibi oldu.

FootMercato: “Lugano”nu mübarizədən kənarlaşdıran “Fenerbahçe” “Lille”lə qarşılaşacaq.

SoFoot: Jose Mourinhonun adamları “Lille “və Bruno Genesioya qarşı duracaqlar.

Estadio Deportivo: Edin Dzeko Mourinyonun köməyinə gəldi. “Fenerbahçe” “Lugano”nu mübarizədən kənarlaşdıraraq Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.

AS: Mourinyonun komandası ilk fürsətdə Avropanın ən böyük kubokundan kənarlaşdırılmağa çox yaxın idi. Türklərin cəmi iki dəfə qapıya zərbə endirdiyi pis matça baxmayaraq, “Fenerbahçe” qalib gəlib. Mourinho Türkiyədə yeni karyerasında çox əziyyət çəksə də, növbəti sınaqdan çıxıb.

Mundo Deportivo: Edin Dzeko “Fenerbahçe”nin köməyinə gəldi.

Kicker: Dzeko və Szymanski Mourinhonun evdəki ilk oyununu xilas etdi.

Bahar Rüstəm