“Fenerbahçe”nin mümkün rəqibi

Bakı, 22 iyul, Sporaz.tv

Çempionlar Liqasının II təsnifat mərhələsində iştirak edən “Fenerbahçe“nin mümkün rəqibi bu gün keçiriləcək püşkatma ilə müəyyənləşəcək. Sarı-göylər 2-ci təsnifat mərhələsində İsveçrənin “Lugano” komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 23-də, cavab görüşü isə iyulun 30-da keçiriləcək.

Sporaz.tv xəbər verir ki, sarı-göylülər 2-ci mərhələni keçsələr, “Rangers”, “Slavia Prag”, “Salzburg” və “Lille” komandalarından biri ilə cütləşəcək. “Fenerbahçe”nin rəqibi bu gün saat 14:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma ilə müəyyənləşəcək.

2023-2024 mövsümünü çempion kimi tamamlayan “Galatasaray“, Çempionlar Liqasına pley-off mərhələsindən qatılacaq. “Galatasaray”ın mümkün rəqibi avqustun 5-də müəyyənləşəcək. Pley-off oyunları 20-21 avqust və 27-28 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqasında 36 komandanın iştirak edəcəyi mövsümün püşkatma mərasimi avqustun 29-da, ilk oyunlar isə 17-19 sentyabrda keçiriləcək.

2025-ci il Çempionlar Liqasının finalı 31 may 2025-ci ildə baş tutacaq.

Bahar Rüstəm