“Fenerbahçe”nin məşqində xüsusi qonaq

Bakı, 24 avqust, Sporaz.tv

Rizespor” matçının hazırlıqlarını məşqlə tamamlayan “Fenerbahçe“nin sürpriz qonağı olub. “Sarı-göylü” komanda fevralın 6-da baş verən zəlzələdən 119 saat sonra dağıntılar altından çıxarılan Kamilcan Ağdaşı qəbul edib.

Sporaz.tv xəbər verir ki, Superliqanın 3-cü həftəsində səfərdə “Rizespor”la qarşılaşacaq “Fenerbahçe” baş məşqçi Jose Mourinhonun rəhbərliyi altında “Fenerbahçe” Can Bartu Təsislərində son məşqini tamamlayıb.

Məşqdən sonra “sarı-göylü” komanda fevralın 6-da zəlzələ fəlakətində “Fenerbahçe”nin forması ilə tapılan və 119 saat sonra dağıntılar altından xilas edilən Kamilcan Ağdaşı qəbul edib.

Superliqanın 3-cü həftəsində “Rizespor”un qonağı olacağı matç öncəsi sarı-göylü komandanın obyektlərini ziyarət edən Kamilcan Ağdaş, Rizə səfəri öncəsi futbolçuları və texniki heyətlə görüşmək onlara uğurlar arzuladı.

Bahar Rüstəm