“Fenerbahçe”nin gündəmini zəbt edən,Terrier

Bakı, 5 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) transfer işlərinə davam edir. Sarı-göylü komandanın gündəmində olan ad isə “Rennes”də çıxış edən Martin Terrierdir.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça)-da transfer işləri davam edir. Sarı-göylü komanda iyulun 23-də keçiriləcək Lugano matçından əvvəl ən azı bir futbolçu ilə müqavilə imzalamağı hədəfləyib.

Rəhbərliyin transfer siyahısına əlavə etdiyi ad isə “Rennes”-də çıxış edən Martin Terrier olub. 2020-ci ildə Fransa komandasına qoşulan Terrier, mərkəz hücumçusu ilə yanaşı, sol cinahda da oynayır.

Baş məşqçi Jose Mourinhonun razılığı ilə rəhbərlik hərəkətə keçərək, 27 yaşlı futbolçu və Rennes klubu ilə danışıqlara başlayıb.

Terrier ötən mövsüm 35 matçda iştirak edib. 9 dəfə fərqlənən futbolçu, 3 məhsuldar ötürmə edib. 4 ildir “Rennes”də çıxış edən futbolçu, 141 matçda 51 qol vurub.

Futbolçunun Rennes klubu ilə 2026-cı ilə qədər müqaviləsi var.