“Fenerbahçe”nin gözdən qaçdığı Joao Pedroya talib var

Bakı, 17 avqust, Sporaz.tv

Fenerbahçe” ilə müqaviləni ləğv etmək üçün danışıqlar aparan Joao Pedroya talib var. Joao Pedro 2 illik fasilədən sonra İtaliyaya qayıda bilər.

Sporaz.tv məlumat verir ki, baş məşqçi Jose Mourinhonun planları arasında yer almayan “Fenerbahçe”(Fənərbağça)-nin futbolçusu Joao Pedroda isti irəliləyişlər var.

“Fenerbahçe”nin müqaviləni ləğv etmək üçün danışıqlar apardığı Joao Pedro üçün sürpriz transfer ehtimalı gündəmə gəlib.

B Seriyasının komandalarından olan Salernitana, Joao Pedro ilə danışıqlara başlayıb.

2022-23 mövsümünün əvvəlində “Cagliari“dən “Fenerbahçe”yə 4,68 milyon avroya transfer olunan Joao Pedro, İtaliyanın “Palermo” klubunda da çıxış edib.

Ötən mövsümü icarə əsasında “Gremio”da keçirən Joao Pedro, Braziliya komandası ilə 45 oyun keçirib və 2162 dəqiqə meydanda qalıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.