“Fenerbahçe”nin futbolçusu Allan Saint-Maximin məşqə gələ bilməyib

Bakı, 22 iyul, Sporaz.tv

Fenerbahçe“nin yeni transferi Allan Saint-Maximin aldığı zərbə səbəbindən ağrıları səbəbindən Lugano matçı öncəsi son məşqdə iştirak etməyib.

 Sporaz.tv məlumat verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində sabah səfərdə İsveçrənin Lugano komandası ilə qarşılaşacaq “Fenerbahçe” hazırlıqlarını tamamlayıb.

Fenerbahçe Can Bartu Təsislərində baş məşqçi Jose Mourinhonun rəhbərliyində keçirilən və ilk 15 dəqiqəsi mətbuat mənsublarına açıq olan məşq isinmə hərəkətləri ilə başlayıb. Təlimin mətbuata qapalı olan hissəsində taktiki məşqin aparıldığı öyrənilib.

Zədə səbəbindən ağrıları olan yeni transfer Allan Saint-Maximin son məşqdə iştirak etməyib. Maximindən başqa millidən zədələnən Samet Akaydın da komandadan ayrı məşq edib.

Hazırlıqlarını bu məşqlə tamamlayan sarı-göylü komanda, saat 14.00-da Sabiha Gökçen hava limanından qalxacaq şəxsi təyyarə ilə İsveçrənin Basel şəhərinə gedəcək.