“Fenerbahçe”nın futbolçusu Allan Saint-Maximin komanda ilə məşqlərə başlayıb

Bakı, 25 sentyabr, Sporaz.tv

UEFA Avropa Liqasında mövsümün ilk matçını “Union Saint-Gilloise” ilə keçirəcək “Fenerbahçe“yə Allan Saint-Maximindən şad xəbər gəlib. Sarı-göylər komandada Bright Osayi-Samuelin hazırkı durumu da açıqlanıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” sentyabrın 26-da UEFA Avropa Liqasında “Union Saint-Gilloise”-ni qəbul edəcək. Gərgin oyun öncəsi “sarı-göylü” komandaya iki futbolçusundan şad xəbər gəlib.

“Fenerbahçe”da yüngül zədəsini sağaldan Allan Saint-Maximin yenidən komanda ilə işləməyə başlayıb.

Osayi-Samuel ardıcıl 3-cü dəfə komandada iştirak edib. Onun cümə axşamı günü keçiriləcək “Union Saint-Gilloise” matçı üçün heyətdə olma ehtimalı yüksəkdir.

Bahar Rüstəm

Leave a Reply