“Fenerbahçe”nin Ferdi Kadıoğlu təklifi məlum olub

Bakı, 2 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-nin rekord məbləğdə “Brighton“-a yollanan Ferdi Kadıoğlu üçün təklifi açıqlanıb. Mourinho mətbuat konfransında Ferdi Kadıoğlu ilə bağlı bunları deyib: “Əgər qalsaydı, Avropanın ən çox maaş alan müdafiəçilərindən biri olardı”.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”, Ferdi Kadıoğlunu 30+5 milyon avroluq rekord qiymətlə “Brighton”-a göndərib. Sarı-göylülər, türkiyəli futbolçunun qalması üçün son ana qədər israr etsə də, transferdə Ferdi Kadıoğlunun rəftarı həlledici olub.

Digər tərəfdən, “Fenerbahçe” Ferdi Kadıoğlunu komandada saxlamaq üçün yeni müqavilə təklif edib.

Sarı-göylərin türkiyəli futbolçuya təyin etdiyi yeni maaş təklifi də ortaya çıxıb. “Fenerbahçe”, ayrılmadan əvvəl 1,5 milyon avro qazanan Ferdi Kadıoğluna 4 milyon avro təklif edib.

Digər tərəfdən İngiltərə Premyer Liqasında çıxış etmək məqsədi daşıyan Ferdi Kadıoğlu, “Brighton”-un 2,5 milyon avroluq təklifinə “hə” deyib.

Jose Mourinho da “Alanyaspor” üzərində qələbədən sonra bu məsələyə toxunub və bu ifadələrdən istifadə edib:

“Fenerbahçe heç vaxt Ferdini satmaq istəməyib. Klub, Ferdiyə gözəl maaş təklif etmişdi. Qəbul etsəydi, Avropanın ən çox maaş alan müdafiəçilərindən biri olardı, amma futbolçu ayrılmaq qərarına gəldi”.

Ferdi Kadıoğlu, “Fenerbahçe” tarixinin ən yüksək qiymətli transfer satışı olaraq qeydə alınıb.