“Fenerbahçe”nin derbi öncəsi Filip Kosticlə bağlı qərarı

Bakı, 16 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-nin son transferi Filip Kostic Kasımpaşa matçı üçün heyətdə yer almayıb. “Fenerbahçe”-nin texniki heyəti, keçən həftə məşqinin çox hissəsində fərdi olaraq çalışan Filip Kostic üçün derbi öncəsi qərarını verib.

“Fenerbahçe” yay transfer dönəmindəki son möhkəmlətməni Filip Kostici icarəyə götürməklə reallaşdırıb.

Keçən həftə məşqin çox hissəsində fərdi şəkildə çalışan Filip Kostic üçün bu qərar “Galatasaray” derbisi öncəsi verilib.

Trendyol Superliqasının 6-cı həftəsində keçiriləcək “Galatasaray” derbisi üçün heyətdə Filip Kostic də olacağı bildirilib.

Transfer dönəmində təcrübəli futbolçunun adı uzun müddət “Galatasaray”-da hallanırdı.

Leave a Reply