“Fenerbahçe”nin Çempionlar Liqasının seçmə matçı

Bakı, 15 iyul, Sporaz.tv

Sarı-göylülər Çempionlar Liqasında ikinci təsnifat mərhələsində iştirak etməyi hədəfləyib. “Fenerbahçe”nin seçmə mərhələdəki rəqibi İsveçrənin “Lugano” komandası olub. Nəhənglər Liqasında ilkin görüşlər revanş formatında oynanılacaq. “Fenerbahçe” ilk matçını səfərdə, ikinci matçında isə öz meydanında keçirəcək.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” – “Lugano” matçını portuqaliyalı hakim Tiaqo Martins idarə edəcək. “Fenerbahçe” Avstriya düşərgəsini “Strasburg” matçı ilə tamamlayıb. “Fenerbahçe” seçmə mərhələ öncəsi “Hull City” ilə qarşılaşacaq.
Jose Mourinhonun rəhbərliyi altında həm liqada, həm də Avropada uğur qazanmağı qarşısına məqsəd qoyan “sarı-göylər”in oyun cədvəli açıqlanıb. Avstriya düşərgəsində ilk yoldaşlıq matçında “Ploiesti” komandasını 2-1 məğlub edən “Fenerbahçe”, “Admire Wacker” ilə 1-1 bərabərə qaldı. Üçüncü yoldaşlıq matçını Xorvatiyanın “Hajduk Split” komandası ilə keçirən “Fenerbahçe” meydanda 1:0 hesabı ilə məğlub olub. “Sarı-göylülər” Avstriya düşərgəsində son oyununda “Starsburg”la qarşılaşıb 4:0 hesabı ilə qalib gəlib. Hazırlıq oyunları başa çatdıqdan sonra bütün gözlər Çempionlar Liqası matçlarına yönəldi.

“Fenerbahçe” ilə Lugano arasında ilk səfər matçı 23 iyul çərşənbə axşamı saat 21.30-da başlayacaq. Çempionlar Liqasının 2-ci İlkin Turu “Lugano” – Fenerbahçe matçı D-Smart və D-Smart GO-da canlı yayımlanacaq. Cavab oyunu çərşənbə axşamı, iyulun 30-da oynanılacaq.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Fenerbahçe”nın “Lugano” ilə səfər matçını Portuqaliya Futbol Federasiyasından Tiaqo Martins idarə edəcək. İstanbulda keçiriləcək oyunu İngiltərə Futbol Federasiyasından Robert Cons idarə edəcək.

Bahar Rüstəm