“Fenerbahçe”nın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Bakı, 5 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsində “Lille“i mübarizədən kənarlaşdıran “Fenerbahçe” pley-off mərhələsində “Slavia Praga” – “Union SG” matçının qalibi ilə qarşılaşacaq. Sarı-göylülər ilk oyununu avqustun 20 və ya 21-də keçirəcək.

Sporaz.tv xəbər verir ki, Avropanın bir nömrəli klub səviyyəli təşkilatı olan Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmada “Fenerbahçe”nin pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

“Fenerbahçe” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Lille”i mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində “Slavia Praga” – “Union SG” matçının qalibi ilə qarşılaşacaq.

Sarı-göylülər “Lill”i mübarizədən kənarlaşdırsa və pley-offa yüksələrsə, bu raundda ilk oyununu avqustun 20 və ya 21-də keçirəcək.

Bu turun cavab görüşləri avqustun 27-28-də keçiriləcək.

“Fenerbahçe” pley-off mərhələsini keçsə, Çempionlar Liqasının liqa mərhələsinə yüksələcək.

Bahar Rüstəm