“Fenerbahçe”nin Çempionlar Liqasındakı rəqibi kimdi?

Bakı, 31 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbağça)-nın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Fenerbahçe (Fənərbağça) – “Lugano” revanş oyununda Türkiyə təmsilçisi, rəqibini 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Jose Mourinhonun yetirmələri, 3-cü təsnifat mərhələsində Fransanın “Lill” komandası ilə qarşılaşacaq.

III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab görüşləri isə avqustun 13-də keçiriləcək.

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Fenerbahçe (Fənərbağça) tərəfindən mübarizədən kənarlaşdırılan Lugano , UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində yoluna davam edəcək. “Dinamo” Kiev – “Partizan” oyununda məğlub olan tərəflə qarşılaşacaq.