“Fenerbahçe”nin bayrağı körpülərdə dalğalanır

Bakı, 27 iyun, Sporaz.tv

Basketbol üzrə Türkiyə Superliqasında çempion olan Fenerbahçe Beko (Fənərbaxça Beko)nun bayrağı körpüdən asılıb.
Sporaz.tv xəbər verir ki, Türkiyə Basketbol Super Liqasının 2023-2024-cü il mövsümünü çempion kimi başa vuran Fenerbahçe Beko (Fənərbaxça Beko)-nun bayrağı Boğaziçi üzərindəki 3 körpüdə asılıb.

Sarı-göy rəngli bayraqlar ,15 İyul Şəhidləri, Fatih Sultan Mehmet və Yavuz Sultan Səlim körpülərində öz yerini alıb.

Klubun sosial media hesabında edilən paylaşımda “Şanlı bayrağımız Boğaza rəng qatır” sözləri işlədilib.