“Fenerbahçe”nin Batshuayi planı hazırdır

Bakı,14 may,Sporaz.tv

Mövsümün sonunda “Fenerbahçe” ilə müqaviləsi bitəcək Michy Batshuayinin meneceri İstanbula dəvət edildiyi iddia edilirdi.” Sarı-göylülər” Batshuayi ilə yeni müqavilə bağlamaq istəyir. Razılıq əldə olunmasa, futbolçunun pulsuz getməsinin qarşısını almaq üçün rəhbərliyin planı artıq hazırdır.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” rəhbərliyi mövsümün sonunda müqaviləsi bitəcək Michy Batshuayinin müqaviləsini uzatmaq üçün hərəkətə keçib.
Michy Batshuayinin meneceri yeni müqavilə danışıqları üçün İstanbula dəvət olunub.
“Sarı-göylər” klubunun prezidenti Ali Koçun seçkili ümumi yığıncağı gözləmədən belçikalı hücumçunun işini bitirmək istədiyi bildirilib.
Bu həftə uğurlu hücumçu ilə görüş keçiriləcəyi bildirilən xəbərdə, Batshuayinin ayrılmaq istəsə belə, rəhbərliyin opsion bəndini aktivləşdirərək futbolçunun pulsuz getməsinə mane olacağı iddia edilib.
İngiltərədən transfer təklifləri aldığı deyilən hücumçu “Fənərbağça”ya da üstünlük verir.
Bu mövsüm 42 matçda meydana çıxan və 1782 dəqiqə meydanda olan Michy Batshuayi 24 dəfə fərqlənib.

Bahar Rüstəm