“Fenerbahçe”nin Amrabat təklifi məlum olub

Bakı, 3 avqust, Sporaz.tv

Yarımmüdafiə xəttini gücləndirmək üçün səylərini davam etdirən “Fenerbahçe“(Fənərbaxça)-nin gündəmində Sofyan Amrabat var. Sarı-göylülərin, Amrabat və klubu “Fiorentina“ya etdiyi təkliflə bağlı yeni iddia ortaya atılıb.

Sporaz.tv məlumat verir ki, transfer işlərinin böyük hissəsini başa vuran “Fenerbahçe”, gündəminə yalnız yarımmüdafiəçi gücləndirmələri daxil edib.

Bu istiqamətdə fəaliyyətini davam etdirən sarı-göylərin ən güclü namizədi Sofyan Amrabatdır.

“Fenerbahçe”, Sofyan Amrabat üçün klubu “Fiorentina”ya 10 milyon avro təklif edib.

İtaliya komandası mərakeşli futbolçu üçün 15 milyon avro istəyir.

Sarı-göylərin, Sofyan Amrabata 4 mövsüm üçün zəmanətli 4 milyon avro təklif etdiyi iddia edilib.

“Fenerbahçe”nin Amrabat transferini qısa müddətdə tamamlamaq və “Lille” matçına hazırlamaq istədiyi bildirilib.

Əmrabat ötən mövsüm icarə əsasında çıxış etdiyi “Manchester United“də 30 oyun keçirib. 27 yaşlı futbolçu bu matçlarda heç bir qol və məhsuldar ötürmə etməyib.