“Fenerbahçe”nin 86 milyon sterlinqlik oyunçu iddiaları

Bakı, 9 sentyabr, Sporaz.tv

Getməsi “Manchester United“(Mançester Yunayted) razılıq verildiyi Antonynin transferində “Fenerbahçe“(Fənərbağça)-nin öndə olduğu iddia edilirdi.

“Manchester United”-in braziliyalı ulduzu Antony “Fenerbahçe”-ə talib olduğu iddia edilib.

Jose Mourinhonun çalışdırdığı “Fenerbahçe”, Antonynin transferində futbolçunun digər taliblərindən bir addım öndədir.

Braziliyalı cinah oyunçusunun vəziyyətinin keçmiş komandası “Ajax” tərəfindən yaxından izləndiyi bildirilərkən, ulduz futbolçu ilə İspaniya, Fransa və Səudiyyə Ərəbistanında da maraqlanan komandaların olduğu bildirilib.

Antonynin İngiltərə klubundan ayrılmaq istəyini çatdırdığı və rəhbərliyin, futbolçunun icarəyə göndərilməsinə müsbət yanaşdığı qeyd edilib.

Xəbərin təfərrüatında, Türkiyədə transfer dövrünün cümə günü sona çatacağı xatırladılıb və transferin yalnız kirayə üsulu ilə həyata keçirilə biləcəyi vurğulanıb: “Antony üçün daimi gediş ehtimalı görünmür. gələn yaydan əvvəl baş verəcək”.- deyə şərh edilib.

24 yaşlı futbolçu, 2022-ci ildə “Ajax”-dan 85,5 milyon funta transfer olunub. “Manchester United”-lə 2027-ci ilə qədər müqaviləsi olan Antonynin həftədə 200 min funt sterlinq qazandığı bildirilir.

Braziliyalı futbolçu, “qırmızı şeytanlar”-ın heyətində ümumilikdə 83 oyuna çıxıb və 11 qola imza atıb.

Leave a Reply