“Fenerbahçe”manşetlərdə: “Lill “Fenerbahçe”ni uçuruma sürükləyir”

Bakı, 7 avqust, Sporaz.tv

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Fenerbahçe (Fənərbaxça)-nın səfərdə “Lill“ə 2:1 hesabı ilə uduzduğu matç Avropa mətbuatında geniş yer alıb.

Sporaz.tv təqdim edir:

L’Equipe: “Lill” Fenerbahçe (Fənərbaxça)-ya qarşı layiqli qələbə qazandı.

Footmercato: Lille Fənərbaxçanı uçuruma sürükləyir. “Lill” Fenerbahçe (Fənərbaxça)-nı 2:1 hesabı ilə məğlub edəndə Çempionlar Liqasının qoxusu hiss olunur.

RMC Sport: Lill, Jeqrovanın sayəsində qalib gəldi və revanş oyunundan əvvəl cüzi üstünlük əldə etdi.

Marca: Turun ən güclü iki komandası Çempionlar Liqasında üz-üzə gəlib. Qarşılaşmada “Lill”in 2:1 hesabı ilə qalib gəlməsi Fenerbahçe (Fənərbaxça)-nın Çempionlar Liqasına vəsiqə qazanmasını çətinləşdirib.

Spor: “Lill”ə 2:1 hesabı ilə uduzan Fenerbahçe (Fənərbaxça)-nın Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlmək şansı çətindi.

A Bola: Mourinyonun çalışdırdığı Fenerbahçe (Fənərbaxça), “Lill”ə 2-1 hesabı ilə məğlub olub.

Record: Lill Fenerbahçe (Fənərbaxça)-nı 2-1 məğlub etdi və Mourinyonu riskə atdı.

Eurosport: İcarəyə götürülmüş Allan Saint-Maximin əvəzinə meydanda cəmi 9 dəqiqə qalan Qəhvəçinin çıxışı Fenerbahçe (Fənərbaxça)-lı azarkeşləri çox sevindirməlidi.

Corriere dello Sport: Fənərbaxça Çempionlar Liqasında gülüş obyektidir. “Lill” Mourinyonun rəhbərlik etdiyi Fenerbahçe (Fənərbaxça)-nı son dəqiqə qolu ilə 2-1 məğlub edib.

La Gazzetta dello Sport: Əvvəlki turda Luqanonu mübarizədən kənarlaşdıran Mourinyonun Fenerbahçe (Fənərbaxça)-sı Lill səfər matçında məğlub olub.