Bakı, 24 oktyabr, Sporaz.tv
“Fenerbahçe“(Fənərbaxça)-nin “Manchester United“(Mançester Yunayted)-lə oyunu öncəsi sarı-göylü azarkeşlər, Altay Bayındıra sevgi nümayiş etdirib. Altay Bayındır, tribunalara gedərək azarkeşləri salamlayıb.
Sporaz.tv məlumat verir ki, ötən il “Fenerbahçe”-nin “Manchester United”-ə göndərdiyi Altay Bayındır, Kadıköyə rəqib kimi qayıdıb.
“Fenerbahçe” azarkeşləri matçdan əvvəl Altay Bayındıra sevgi nümayiş etdirib.
Azarkeşlərin diqqətini cavabsız qoymayan Altay Bayındır, tribunalara gedərək futbolsevərləri alqışlayıb.
Digər tərəfdən kiçik bir azarkeş meydana daxil olaraq Altay Bayındırı qucaqlayıb.