“Fenerbahçe”,Jose Mourinhoya ilk məğlubiyyətini yaşatdı

Bakı, 7 avqust, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça), Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində səfərdə “Lill“ə 2:1 hesabı ilə uduzub. Sarı-göylülərin çalışdırıcısı Jose Mourinho, bu məğlubiyyətlə karyerasında bir ilk yaşadı.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Lill” və Fenerbahçe (Fənərbaxça) üz-üzə gəlib. Sarı-göylülər, səfərdə 2:1 hesabı ilə uduzaraq Jose Mourinho üçün bir ilkə imza atıb.

Jose Mourinho, ilk məğlubiyyətini avrokubok karyerasının 8-ci seçmə matçında Fenerbahçe (Fənərbaxça)-nın “Lill”ə 2:1 hesabı ilə uduzduğu oyunda alıb.

Şükrü Saracoğlu Stadionunda keçiriləcək Fenerbahçe (Fənərbaxça) – “Lill” matçı 13 avqust çərşənbə axşamı saat 21:00-da başlayacaq.