“Fenerbahçe”dən əzmkar qələbə

Bakı, 23 iyul, Sporaz.tv

Çempionlar liqasının 2-ci təsnifat mərhələsinin ilk matçını səfərdə keçirən “sarı-göylər” matçı qazandılar.

Sporaz.tv xəbər verir ki, Stockhorn Arenada keçirilən matçda, “Fenerbahçe“nin kapitanı Edin Dzeko hat-trick etdi.
Oyuna sürətli başlayan “Lugano” 4-cü dəqiqəfə El Wafinin qolu ilə hesabda irəli keçdi. Lakin “kanaryalar” fasiləyə getmədən öncə hesabı bərabərləşdirməyi bacardılar. Edin Dzeko 45+1-də penaltidən atdığı qolla hesabı 1-1 etdi.
İkinci hissənin ilk qolu da yenə Dzekodan gəldi. 46-cı dəqiqdə Bosniya Herseqovinalı ulduz komandasını irəli keçirməyi bacardı. İsveç təmsilçisi 64-cü dəqiqədə Bostuninin qolu ilə hesabı bərabərləşdirdi. Amma Dzeko 67-ci dəqiqədə atdığı qolla yenidən komandasını irəli keçirir, sezonun ilk hat-trickini də edir. 73-cü dəqiqədə Ferdi Kadıoğlu fərqi 2-yə qaldırır. Matçın son dəqiqələrində Valenzuelanın atdığı qolla “Lugano” fərqi birə endirsə də, matçı “Fenerbahçe” qazanır.