“Fenerbahçe”dən Mert Hakan qərarı

Bakı, 12 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) Mert Hakan Yandaşla müqaviləni uzatmaq qərarına gəlib. Təcrübəli futbolçunun daha 2 il sarı-göy rəngli forma geyinəcəyi gözlənilir.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça)-da transfer işləri davam edir. Sarı-göylülər komandasında müqaviləsinin bitməsinə 1 il qalan futbolçularla danışıqlar davam edir.

Bu çərçivədə Fenerbahçe rəhbərliyi Mert Hakan Yandaş ilə danışıqları yekunlaşdırıb. Seçkidən sonra transfer işlərini sürətləndirən prezident Ali Koç və idarə heyəti təcrübəli futbolçunun 2 il daha komandada qalmasına qərar verib.

İştirak etdiyi matçlarda göstərdiyi performansla bəyənilən Mert Hakan, sarı-göylü azarkeşlərin sevilən adlarından birinə çevrilib. 2020-ci ildə “Fenerbahçe”yə keçən və sarı-göylülərin kapitanlarından olan 29 yaşlı futbolçu 4 ildir ki, sarı-göy rəngli forma geyinir.

Digər tərəfdən, Mert Hakan Yandaş bu mövsüm 27 matçda meydanda öz yerini tutub. Bu matçların 13-nə ilk 11-də başlayan təcrübəli ad 3 dəfə fərqlənib, 5 məhsuldar ötürmə edib.

Liqada Kasımpaşa və Siltaş Yapı Pendikspor matçlarının kritik anlarında səhnəyə çıxan Mert Hakanın qələbədə payı olub. Təcrübəli futbolçunun iki mövsüm “Fenerbahçe” formasını geyinəcəyi gözlənilir.